Biogreen
Elektrikli nəqliyyat vasitələrinin şarj şəbəkəsi sahəsində fəaliyyət göstərən Biogreen üçün dayanıqlılığı, texnologiyanı və etibarlı xidmət yanaşmasını ön plana çıxaran müasir veb-sayt hazırladıq. AC və DC şarj qurğularını texniki xüsusiyyətləri, istifadə üstünlükləri və müxtəlif quraşdırma sahələri ilə birlikdə ziyarətçilərin asanlıqla nəzərdən keçirə biləcəyi nizamlı strukturda təqdim etdik.
Şarj şəbəkəsi xəritəsini, tarifləri, investor müraciətini, mobil tətbiqi, məhsul və həll səhifələrini, eləcə də bloq məzmunlarını vahid rəqəmsal strukturda birləşdirdik. Yaşayış komplekslərindən biznes mərkəzlərinə, otellərdən yanacaqdoldurma məntəqələrinə qədər müxtəlif istifadə sahələrini ətraflı təqdim edərək Biogreen-in elektrikli nəqliyyat vasitələri üçün şarj həllərini geniş hədəf auditoriyasına aydın şəkildə çatdırdıq. Türk dilində hazırlanan veb-sayt vasitəsilə brendin ekoloji yanaşmasını, geniş xidmət hədəfini və enerji transformasiyasındakı güclü mövqeyini rəqəmsal mühitə daşıdıq.