Milkport
Milkport üçün hazırladığımız loqo dizaynında brendin süd istehsalı ilə olan əlaqəsini güclü və birbaşa vizual dillə əks etdirdik. Süd sıçraması formasını tipoqrafiya ilə birləşdirərək təravət, təbiilik və məhsulun əsas mənbəyi olan süd anlayışını ilk baxışdan anlaşılan hala gətirdik.
Tünd göy rəngin verdiyi etibar və korporativlik hissini yaşılın təbiilik və istehsal çağırışımı ilə balanslaşdırdıq. Yumşaq xətlərə malik yazı üslubu sayəsində səmimi və yaxın görünən bir brend kimliyi yaratdıq, eyni zamanda loqonu qablaşdırma, nəqliyyat vasitələrinin üzlənməsi, lövhə, satış nöqtələri və rəqəmsal platformalarda rahatlıqla istifadə oluna biləcək yadda qalan bir kimliyə çevirdik.
