Dentikon
Dentikon üçün həyata keçirdiyimiz brend formalaşdırma prosesində ağız və diş sağlamlığı sahəsindəki peşəkarlığı, etibara və pasiyent məmnuniyyətinə əsaslanan yanaşmanı bütöv brend kimliyinə çevirdik. Klinikanın təcrübəli həkim heyətini və beynəlxalq standartlara uyğun xidmət anlayışını əks etdirən müasir, peşəkar və insan yönümlü kommunikasiya dili yaratdıq.
Loqo dizaynını, korporativ kimliyi və brend mövqeləndirməsini vahid vizual bütövlük çərçivəsində hazırlayaraq Dentikon-un bütün təmas nöqtələrində ardıcıl şəkildə görünməsini təmin etdik. Beləliklə, sağlam və estetik təbəssümlər üçün təqdim etdiyi xidmətləri güclü şəkildə təmsil edən, etibar yaradan və yadda qalan brend strukturu formalaşdırdıq.